Ən çox verilən suallar

  1. Bayram günlərində supermarketləriniz açıq olurmu?

    Bayram günlərində Makromart supermarketlər şəbəkəsinin bütün filialları gündəlik rejimi ilə fəaliyyətini davam etdirir.

  2. Makromart supermarketlər şəbəkəsində keçirilən aksiyalarla necə tanış olmaq olar?

    Hər hansı bir aksiya keçiriləcəyi halda bu haqda məlumatlar rəsmi saytımızın “Xəbərlər” bölməsində öz əksini tapacaq.

  3. Yanlışlıqla aldığım istifadə müddəti keçmiş məhsulu dəyişmək imkanım varmı?

    Rəsmi saytımızın “Müştəri hüquqları” bölməsində qeyd edildiyi kimi Makromart supermarketlər şəbəkəsinin hər bir müştərisi “Yüksək keyfiyyət hüququ”-na malikdir. Filiallarımızdan aldığınız son istifadə müddəti keçmiş məhsulları alış-veriş prossesi baş verdiyi gün ərzində ödəniş qəbzini gətirmək şərti ilə həmin məhsulun yenisi ilə pulsuz əvəz edə bilərsiniz.

  4. CV göndərərkən problem yaranır.

    CV-yə linkin düzgün qeyd edilməsini və ya anketinizə CV-nin əlavə olunmasını təkrarən yoxlayın.

  5. “Makromart”-a işə qəbul haqqında ərizə göndərmək üçün nə etməliyik?

    Bunun üçün rəsmi saytımızda “İnsan Resursları” bölməsinin alt menusu olan “CV göndər” panelindəki anketi doldurub bizə ünvanlamağınız kifayətdir.

  6. Yeni açılmış Makromart şəbəkəsinin supermarketləri haqqında məlumatı necə əldə etmək olar?

    Yeni açılmış hər bir filialımız rəsmi saytımızın “Əlaqə”, “Ünvanlarımız”, “Sizə Ən Yaxın Makromart” bölmələrindəki xəritələrinə əlavə edilir. Bundan başqa bu haqda www.makromart.az -ın "Xəbərlər" bölməsində və sosial şəbəkələrdəki rəsmi səhifələrimizdə Sizlər üçün xüsusi post və məqalələr yerləşdirilir.

  7. Məhsulların adları və qiymətləri ilə necə tanış ola bilərik?

    Məhsulun qiymətlərini və adlarını istənilən Makromart supermarketlərindən soruşa bilərsiniz. Əlavə olaraq, sosial şəbəkələrdəki rəsmi səhifələrimizə və ya info@makromart.az elektron ünvanına yazmaq ilə bu haqda məlumatları əldə etmək imkanına maliksiniz.

  8. Supermarketlərinizin əlaqə məlumatlarını necə əldə etmək olar?

    Filiallarımızın əlaqə məlumatları üçün, Siz saytımızın ana səhifəsindəki “Əlaqə”, “Ünvanlarımız”, “Sizə Ən Yaxın Makromart” bölmələrindən birinə keçid edib axtarışınıza uyğun supermarketimizin ünvanı və əlaqə nömrəsi ilə tanış ola bilərsiniz