Haqqımızda

“Makromart” - dinamik tərəqqidə olan istehlakçı supermarketlər şəbəkəsidir. Yüksək keyfiyyət, bol çeşid və sərfəli qiymət bizi Azərbaycan pərakəndə bazarının liderlərindən birinə çevirib.

 

Tarix:

Şəbəkəmiz Azərbaycanda 2009-cu ildən fəaliyyətə başlayıb. Düzgün hədəf seçimi və düşünülmüş addımları ilə Makromart qısa zaman ərzində öz sahəsində dinamik inkişafa nail olub.

 

Alış-veriş prosesinin maksimal rahat təşkili, alıcıların istəyinə uyğun olan ən sərfəli qiymətlərin təklif edilməsi, yüksək səviyyədə müştəri xidmətlərinin göstərilməsi, endirimlərdən faydalanmağa imkan verən proqramların tətbiqi Makromart supermarketləri şəbəkəsinin əsas üstünlüklərindəndir. Supermarketlərimizin hər bir alıcısı yüksək keyfiyyətli məhsullarımızdan - meyvə və tərəvəz, ət və süd məhsulları, un məmulatları, spirtli və spirtsiz içkilərdən yararlana bilər. Filiallarımızda həm yerli, həm də xarici malların satışı həyata keçirilir. Şəbəkəmiz Bakı şəhərindəki supermarketlərindən sonra artıq rayonlarımızdakı yeni filialları ilə də hər gün müştərilərinə bir az daha yaxınlaşır. Makromart müasir üslublu mağazaları, 30 000-dən çox məhsul çeşidi, gülərüz işçi heyəti və yüksək xidməti ilə hər zaman Sizlərin qulluğundadır.

 

Missiyamız:

Biz daima müştərilərimiz üçün çalışırıq:

  • Sərfəli qiymətlərlə yüksək keyfiyyətli məhsulların təmin edilməsinə;
  • Yüksək səviyyəli müştəri xidmətlərinin göstərilməsinə.

 

Biz daima əməkdaşlarımız üçün çalışırıq:

  • İş təhlükəsizliyinin təmin edilməsinə;
  • Birlik və inam təbliğ edən iş atmosferinin yaradılmasına;
  • Onların əmək qabiliyyətlərinin inkişafına.

 

Biz daima partnyorlarımız üçün çalışırıq:

  • Uzun müddətli və davamlı münasibətlərin qurulmasına.

 

Biz daima xalqımız üçün çalışırıq:

  • Yaşayış səviyyəsinin yüksəldilməsinə;
  • İşsizlik səviyyəsinin azaldılmasına.