Makrocard

"Makrocard" – Makromart Supermarketlər Şəbəkəsinin müştəri kartıdır.

 

Bu karta sahib olmaqla insanlar şəbəkəmizin sadiq müştəriləri sırasına daxil olur və onlar üçün nəzərdə tutulan xüsusi kampaniyalardan yararlanmaq imkanı qazanırlar.

 

Müştərilərimiz Makrocard-ı ödənişsiz olaraq hər bir supermarketlərimizdəki müştəri xidmətlərindən əldə edə bilərlər.

Makrocard-ı alarkən müştərilərimiz özləri haqqında məlumatları anket formunu dolduraraq qeyd edirlər. Bu bazaya istinadən Makromart müştərilərini mütəmadi olaraq supermarketlərində keçirilən yeniliklər, endirimlər və digər kampaniyalar barəsində məlumatlandırır.

 

Makrocard – müştərilərimizin alış-verişlərini daha da sərfəli edir. Supermarketlərimizin müştəriləri bu kartla endirimlər və hədiyyəli kampaniyalarla yanaşı Makromart-da etdikləri ödənişlərdən asılı olaraq bonuslar qazanırlar. Makrocard sahibləri hər edilən 10 AZN dəyərindəki alış-verişlərdə 1 bonus qazanmaq imkanına malikdirlər. Yığılan bonuslar vasitəsi ilə müştərilərimiz Makromart-dan bonus miqdarına uyğun təqdim edilən hədiyyələri istənilən vaxt əldə edə bilərlər.

Makromart-ın kart sahibləri üçün təqdim etdiyi endirimlər, hədiyyəli kampaniyalar və bonuslar haqqında məlumatlar şəbəkəmizin jurnallarında öz əksini tapır.

 

Kartdan istifadə qaydaları:

Macrocard sahibləri etdikləri alış-veriş məbləğinə uyğun bonusları əldə etmək üçün kassaya yaxınlaşdıqları zaman öncə kartlarını təqdim etməlidirlər. Kartı itirən müştərilərimizdən supermarketlərimizdən birinə yaxınlaşmalarını və ya müştəri xidmətlərinə zəng etmələrini xahiş edirik.

Makrocard sahibi olmaq üçün müştərilərimizin anket formunu doldurması labüddür. Bu, kartınızın aktiv olunması və yığılan bonuslarla hədiyyə qazanmanız üçün mütləq addımdır. Anket formunun düzgün doldurulması üçün supermarketlərimizdəki müştəri xidmətlərindən məlumatlana bilərsiniz.

 

Hörmətli müştərilərimiz, Makromart Sizin rahatlığınız və məmnunluğunuz üçün çalışır.