Məxfilik siyasəti

Makromart supermarketlər şəbəkəsinin Məxfilik siyasəti www.makromart.az saytının öz istifadəçiləri haqqında ala biləcəyi bütün məlumatlara şamil edilir.

 

Mövqeyimiz:

Rəsmi saytımızda yerləşdirilən obyekt və məlumatlar Makromart supermarketlər şəbəkəsinin intellektual mülkiyyətidir.

 

Rəsmi saytımızın istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyi:

  • Makromart supermarketlər şəbəkəsi Sizlərə zəmanət verir ki, rəsmi saytımızın istifadəçilərindən alınan məlumatlar heç bir halda 3-cü bir şəxsə təqdim olunmur. Əlbəttə ki, bu mövqeyimizi Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla qeyd edilir.
  • Əgər, rəsmi saytımızın istifadəçisi şəxsi məlumatlarının ictimaiyyətə açıqlanmasına öz razılığını bildirməyibsə, istifadəçinin bütün şəxsi məlumatları məxfi şəkildə qorunub saxlanılır. Bu məlumatların bir hissəsi (və ya tamamən) yalnız istifadəçinin öz istək və razılığı ilə ictimaiyyətə aşkar edilə bilər.
  • Rəsmi sayt istifadəçilərimizin şəxsi məlumatlarının 3-cü şəxs tərəfindən qeyri-qanuni və ya təsadüfi formada əldə edilməsi, silinməsi, dəyişdirilməsi, blok edilməsi, sosial mediyada yayımlanması, surətinin çıxarılması kimi prosseslərin qarşısının alınması üçün təşkilati və texniki tədbirlərin zamanında görülməsinə zəmanət verilir.
  • Rəsmi sayt istifadəçilərimizin şəxsi məlumatları məhsul endirimləri, kampaniyalar, Makrocard və Makromart-la bağlı yeniliklər barədə məlumat verilməsi zamanı istifadə oluna bilər.
  • www.makromart.az saytındakı məlumatlar istifadəçiləri bilgiləndirmək xarakteri daşıyır və xəbərdarlıq edilmədən istənilən vaxt dəyişdirilə bilər.

 

Əlaqə, Sual və Təkliflər:

Hal-hazırdakı Məxfilik Siyasəti ilə bağlı və ya www.makromart.az saytı üçün olan sual və təkliflərinizi info@makromart.az elektron ünvanına göndərə bilərsiniz.