Müştəri hüquqları

Yüksək keyfiyyət hüququ

  • Makromart supermarketlər şəbəkəsindən aldığınız son istifadə müddəti keçmiş məhsulları alış-veriş prossesi baş verdiyi gün ərzində ödəniş qəbzini gətirmək şərti ilə həmin məhsulun yenisi ilə pulsuz əvəz edə bilərsiniz.

 

İrad bildirmə hüququ

  • Makromart supermarketlərində Sizi narahat edən bütün məsələlərlə bağlı irad və təkliflərinizi müştəri xidmətləri stendində yazılı şəkildə, sosial şəbəkələr vasitəsi ilə və ya rəsmi sayt ünvanımızın “Təklif və İradlarınız” bölməsi ilə elektron formada ünvanlaya bilərsiniz.
  • Supermarketlərimizin əməkdaşlarından hansısa Sizə qarşı nalayiq davranarsa və ya vəzifə borclarını layiqincə yerinə yetirməzsə, həmin işçi haqda müştəri xidmətləri stendində yazılı şəkildə, sosial şəbəkələr vasitəsi ilə və ya rəsmi sayt ünvanımızın “Təklif və İradlarınız” bölməsi ilə elektron formada işçinin ad, soyad və vəzifəsini qeyd etməklə şikayətinizi bizə bildirə bilərsiniz.

  • Narazılığınıza səbəb olan əməkdaşımızın üzərində ad, soyad və vəzifəsi göstərilən yaxa kartı olmadığı təqdirdə, həmin işçidən bu məlumatları tələb edə bilərsiniz.

  • Yazılı və ya elektron formada bildirilən təklif və iradlarda əlaqə nömrənizi qeyd etdiyiniz halda məsələnin həlli ilə bağlı Sizinlə tezliklə əməkdaşlarımız əlaqə saxlayacaq.

  • Şikayətlərinizi birbaşa baş ofisimizin müştəri xidmətləri nömrəsinə - (+99412) 569 89 86 də ünvanlaya bilərsiniz.

 

Bol çeşid tələb etmə hüququ

  • Makromart supermarketlər şəbəkəsində görmək istədiyiniz məhsulu müştəri xidmətləri stendində yazılı şəkildə, sosial şəbəkələr vasitəsi ilə və ya rəsmi sayt ünvanımızın “Təklif və İradlarınız” bölməsi ilə elektron formada ünvanlaya bilərsiniz.  

Makromart haqqında fikirləriniz

Rəy və təkliflərinizi bildirin