"Makromart" Masallıda!

Səmərəlilik, yüksəliş, dürüstlük və əlverişlilik prinsiplərinə sadiq olan “Makromart” supermarketlər şəbəkəsi daha bir filialı ilə Sizin xidmətinizdədir. Artıq 17 aprel 2015-ci il tarixindən etibarən Azərbaycanın gözəl guşələrindən biri olan Masallıda da Siz bizim gülərüz personal tərəfindən təqdim olunan yüksək səviyyəli xidməti qiymətləndirə bilərsiniz. Hər gün müştərilərinə bir az daha yaxınlaşan “Makromart” supermarketlər şəbəkəsinin Masallı filialı Sizin yolunuzu gözləyir!