Partnyorlar üçün

Makromart supermarketlər şəbəkəsi ona olan maraq və tərəfdaşlıq təkliflərini müsbət şəkildə dəyərləndirir. Biz tədarükçülərimizə qarşılıqlı kommersiya əlaqələri vasitəsi ilə şəffaf formada həyata keçirilən partnyor münasibətləri təklif edirik. Şəbəkələrimizin daimi inkişafı ilə tanış olan kampaniyalarla əməkdaşlıq etməkdən məmnunluq duyuruq. Bizim ilə partnyor münasibətləri qurmaq istəyində olan şirkətlərdən gözlədiyimiz keyfiyyətli məhsul və ticarət arenasında rəqabətcil qiymətlərdir. Sizi əmin edirik ki, əməkdaşlıqla bağlı hər bir təklif və istəkləriniz qısa müddət ərzində nəzərdən keçirilib cavablandırılacaqdır.

Əgər, Sizin də Makromart supermarketlər şəbəkəsinə təqdim etmək istədiyiniz məhsul çeşidi və ya yeni ünvanlarımız üçün məsləhət görə biləcəyiniz yeriniz varsa, bizə bu haqqda office@makromart.az elektron ünvanına yazmağınız rica olunur.