Prinsiplərimiz

Makromart supermarketlər şəbəkəsinin gözləgörünən inkişafı şirkət prinsiplərimizin nəticəsidir. Bu prinsiplərə daxildir - səmərəlilik, yüksəliş, həvəsləndirmə, dürüstlük, əlverişlilik və texnolojilik. 

 

Səmərəlilik - Səmərəli inkişaf prossesi yalnız məsuliyyətli, professional və gülərüz kollektivimizin bütün investisiyalarımızdan maksimal nəticə əldə etməyə çalışması zamanı mümkündür. Şirkətimiz bu prinsipi inkişaf yolunda əsas meyarlardan hesab edir.

 

Yüksəliş - Makromart supermarketlər şəbəkəsinin idarə heyətinin başlıca prinsiplərindən biri də məsuliyyətli işçi kollektivimizin yardımı ilə şirkətimizin daimi yüksəlişini təmin etməkdir. İş prossesində bu amalımızı qoruyub saxlamaq üçün əsas məqsədimiz peşəkar işçi heyəti, bol çeşid və sərfəli qiymətlərlə dolu ünvanlarımızın sayını günü-gündən artırmaqdır.

 

Həvəsləndirmə - Biz inanırıq ki, istənilən iş sahəsində işçi qüvvəsini həvəsləndirən stimullar onların məhsuldarlığına olduqca müsbət təsir edir. Bu amil isə daha sonra bütün iş kollektivinin, eləcə də, ümumi göstəricələrin inkişafına gözəçarpacaq dərəcədə təsir edir.

 

Dürüstlük - Şirkətimizin səmərəli yüksəlişi üçün iş kollektivində hər bir nümayəndəyə xüsusi diqqət və hörmətlə yanaşmağı, onlara dürüst davranmağı özümüzə borc bilirik. Eləcə də, müştərilərimiz və partnyorlarımızın daimi razılığını təmin etmək üçün bu prinsipimizi başlıca meyarlarımızdan hesab edirik.

 

Əlverişlilik - Kollektivimizin məhsuldarlıqla işləməsini təmin etmək üçün əlverişli iş atmosferası zəruri rol oynayır. Bu səbəbdən də, işçilərin çalışdığı şərait və mühitin yüksək səviyyədə qurulmasına, əmək haqqının münasib rasionda paylanmağına, iş və istirahət arasındakı vaxtın düzgün ayrılmasına xüsusi diqqət ayırırıq.

 

Texnolojilik - Hal-hazırda istifadə edilən alış-veriş metodlarımız ölkədaxili ticarət texnologiyasının bütün standartlarına uyğunluqla cavab verir. Biz əminliklə deyə bilərik ki, 21-ci əsrin tələbatına uyğun olaraq, texnoloji amil uzunömürlü ticarətin effektiv üsuludur.